Muxtar respublikanın
təşkil olunduğu 1924-cü illə müqayisədə bu gün qadınların sayı 5 dəfə
artaraq 226 min 847 nəfərə çatıb ki, bu da muxtar respublika əhalisinin
50,1 faizini təşkil edir.
XəzərXəbər xəbər verir ki, muxtar respublikada dövlət qulluğunda işləyənlərin 513
nəfəri, yaxud 20 faizi, təhsil sahəsində işləyənlərin 10 min nəfəri,
yaxud 66 faizi, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min
491 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2 min 692
nəfəri, yaxud 68 faizi, özəl sektorda işləyənlərin 11 min 323 nəfəri,
yaxud 20 faizi qadınlardır.
Ümumiyyətlə, muxtar respublikada
qadınların 32 min 543 nəfəri işləyir ki, bu da işləyən əhalinin 33
faizini təşkil edir. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul
imtahanlarında yüksək bal toplayanların 174 nəfərini, yaxud 60 faizini
qızlar təşkil edib. Hazırda muxtar respublikada elmlər doktorlarının
2-si, fəlsəfə doktorlarının isə 88-i qadınlardır. Muxtar respublika
qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki,
onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir.