Xəzər Xəbər

Peşə məktəblərində çalışan müəllimlər imtahan verəcəklər

Cəmiyyət | 14:31 • 7 Mart 2018
Peşə məktəblərində çalışan müəllimlər imtahan verəcəklər

Martın 9-da dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirmə saat 11:00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (əvvəlki 5 nömrəli Bakı Peşə Liseyinin binası) keçiriləcək.

Bu mərhələdə 56 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək və bununla rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatmış hesab olunacaq.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.


Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti