Xəzər Xəbər

Vidadi İsgəndərlinin qohumları: "Məzarlara qarşı heç bir vandalizm halı aşkarlanmayıb"

Cəmiyyət | 18:50 • 5 Mart 2018
Vidadi İsgəndərlinin qohumları: "Məzarlara qarşı heç bir vandalizm halı aşkarlanmayıb"

Avropada yaşayan hüquqşünas Vidadi İsgəndərlinin qohumları onun atasının qəbrinin təhqir olunması barədə yayılmış xəbərlərə aydınlıq gətirən açıqlama yayıblar.

APA-nın məlumatına görə, mərhumun Göyçay rayonunun Məlikkənd kəndində yaşayan yaxın qohumlarının sosial şəbəkələrdə yaydığı açıqlamada qeyd olunub ki, sosial şəbəkələrdə bu barədə xəbərlərlə tanış olduqdan dərhal sonra kəndin qəbiristanlığına gedib, 1991-ci ildə dəfn olunmuş İsgəndər Qasım oğlu İsgəndərovun və digər qohumlarının məzarlarını yoxlayıblar: "Yoxlama nəticəsində məzarlara qarşı heç bir vandalizm halı aşkarlanmayıb".

Onlar yayılan xəbərləri təxribat kimi qiymətləndirərək, "həm bu təxribatın təşkilatçılarını, həm də bundan öz məqsədləri üçün istifadə edənləri belə qeyri-insani addımlardan çəkinməyə" çağırıblar.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış xəbərlərdə hazırda Avropada yaşayan hüquqşünas Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunduğu iddia edilib.

Xəbərdə bildirilib ki, rayonda bir qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc şəkildə təhqir edib və prosesi çəkərək internetə yerləşdirib.

Video-görüntüdə onun ünvanına söyüş və təhqiramiz ifadələr işlədilir, bunun V. İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir.


Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
423 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti