Xəzər Xəbər

Azadlıq` prospektində camaatın yolunu kəsən obyektlər - FOTO

Cəmiyyət | 11:48 • 5 Mart 2018
Azadlıq` prospektində camaatın yolunu kəsən obyektlər -

Paytaxt Bakının "Azadlıq" prospektinin Nəsimi rayon ərazisindən keçən hissəsindən, daha dəqiqi Nəsimi rayon Polis İdarəsinin qarşısından başlayaraq "28 May" metrostansiyasının yenı çıxışışına qədər uzan ərazidən şikayət var.

Bu ərazidən istifadə edən piyadalar prospekt boyu yerləşən ticarət obyektlərinin səkiləri zəbt etməsindən narazıdırlar. Sakinlər bildirir ki, onsuz da dar olan səkilərin sahibkarlar tərəfindən tutulması gediş-gəlişə maneə yaradır, bəziləri məcburiyyətdən maşın yoluna çıxır, bu isə insan həyatı üçün böyük təhlükədir.

FaktXəbər olaraq sözügedən ərazidə çəkiliş apardıq. Doğrudan da prospektin hər iki tərəfində dükanlar az qala bütün səkini tutublar. Piyadalar isə bir-birlərinə yol verərərək hərəkət etməyə məcburdurlar.

Bəs görəsən sadə vətəndaşların hərəkətinə maneə yaradan bu ticarət obyektləri haqda niyə müvafiq tədbirlər görülmür? Ümumiyyətlə, görəsən sözügedən narahatçılığa görə kim günahkardır: dövlət qurumu, yoxsa sahibkar?

Sualımıza cavab tapmaq üçün ilk öncə Nəsimi Rayon Bələdiyyəsinə telefon açdıq. Bələdiyyə sədri Nazim Qaraxanov bildirdi ki, onların qurumu hər hansı sahibkara bu barədə nəsə demək səlahiyyətinə sahib deyil. O, Bələdiyyənin işinin əsasən yaşıllıqların, parkların salınması, asfalt örtüyünün çəkilməsi olduğunu bildirdi.

Növbəti müraciət elədiyimiz ünvan Nəsimi Rayon İcra Hakimiyyəti oldu. Lakin qurumun rəsmi internet saytında yerləşdirilən əlaqə nömrələrinin heç birinə cavab verən olmadı.

FaktXəbər olaraq məsələni diqqətdə saxlayacağıq.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti