Xəzər Xəbər

Çaylarda sululuq səviyyəsi açıqlandı

Cəmiyyət | 16:23 • 25 Fevral 2018
Çaylarda sululuq səviyyəsi açıqlandı

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-160, Kiçik Qafqazın çaylarında 170-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-120, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətdə isə, fevralın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 108 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Bununla yanaşı, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 67 m3/s təşkil edərək ongünlük normanın 88 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 14, Salyanda 16, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 24 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 409 sm (2017-ci il fevralın 23-də 466 sm), Şirvanda 293 sm (2017-ci il fevralın 23-də 365 sm), Salyanda 241 sm (2017-ci il fevralın 23-də 325 sm), Bankədə 213 sm (2017-ci il fevralın 23-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2017-ci il fevralın 23-də 188 sm) təşkil edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti