Xəzər Xəbər

Azərbaycanda internet istifadəçilərinin 66%-i spamla qarşılaşır

Cəmiyyət | 12:50 • 23 Fevral 2018
Azərbaycanda internet istifadəçilərinin

2017-ci ilin I yarısında Azərbaycanda spamla qarşılaşan internet istifadəçilərinin payı 66% təşkil edib.

XəzərXəbər xəbər verir ki, bu barədə "Kaspersky Lab” şirkətinin spam və fişinqlə bağlı hesabatında bildirilir.

Sənəddə deyilir ki, əgər bir il bundan əvvəl fişinq səhifəsini müəyyən etmək üçün SSL-sertifikatının (ünvan sətrində HTTPS-in olması) mövcudluğunun yoxlanılması tövsiyə olunurdusa, hazırda bu, təhlükəsizliyə zəmanət vermir. Bundan başqa, fırıldaqçılar latın əlifbasına bənzəyən simvolları seçib, onlardan tanınmış şirkətin domeninə bənzəyən domen adı düzəldirlər.

"Texniki baxımdan fişinq doğurdan da təkmilləşdirilərək inkişaf edir – fırıldaqçıların tələsinə düşməkl getdikcə asanlaşır, məhz ona görə mənşəyi məlum olmayan və ya tanıdığınız mənbədən olan linklərə keçid zamanı ehtiyatlı olmaq lazımdır. Cinayətkarların istifadə etdiyi əsas mövzulara gəldikdə – əvvəllər olduğu kimi əksər hallarda bu, gündəlik hadisələrdi. Güman edirik ki, yaxın gələcəkdə bizi futbol üzrə keçiriləcək Düya Çempionatı, Azərbaycandakı prezident seçkiləri, "Formula 1” və digər hadisələrlə bağlı linklər gözləyir. Kibercinayətkarları cəlb edən maliyyə tərəfini nəzərə alsaq, 2018-ci ildə həm fırıldaqçılq, həm də fişinq kriptovalyuta spamının artımını gözləmək olar”, - deyə "Kaspersky Lab”ın Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Ötən il Azərbaycanda poçt trafikində spamın payı 56,63% təşkil edib. Bu, 2016-cı ilə nisbətən 1,68 faiz bəndi azdır. Ölkəyə ən çox spam ABŞ-dan göndərilib. Bu ölkənin payı 13,21%-dir. Poçtda ən məşhur zərərverici "Trojan-Downloader.JS.Sload” olub. "Antifişinq” sistemi 246 231 645 dəfə işə düşüb. 15,9% unikal istifadəçi fişinqlə rastlaşıb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti