Xəzər Xəbər

İstirahət günlərində müşahidə olunacaq HAVA PROQNOZU açıqlandı

Cəmiyyət | 12:37 • 23 Fevral 2018
İstirahət günlərində müşahidə olunacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti