Xəzər Xəbər

Qulağınızı bu üsulla təmizləməyin DİQQƏT! Kar ola bilərsiniz

Cəmiyyət | 16:32 • 22 Fevral 2018
Qulağınızı bu üsulla təmizləməyin

Həkimlər qulaq təmizləyən çubuqların sağlamlığa zərərli olduğunu bildiriblər.

Burun-boğaz xəstəlikləri üzrə professor Mete Kıroğlu qulaq təmizləmə çöplərinin xarici qulaq yolundakı qoruyucu ifrazatı alaraq, burada iltihab əmələ gəlməsini asanlaşdırdığını deyib. Bu çöplər qulaqda infeksiya yaratmaqla yanaşı qulaq pərdəsinin cırılmasına hətta, karlığa səbəb ola bilər:

"Qulağınızı təmizlədiyiniz zaman "buşon" adlı qulaqdakı iri kirlər bilmədən irəli foğru itələnərək qulaq pərdəsinə yapışır".

Həkim əlavə edib ki, insanların qaşıntı səbəbi ilə qulağını qurcalaması da doğru deyil. Bu oradakı mikroorqanizmlərin aktiv hala gəlməsinə səbəb olur və xarici qulaq yolunun özünüqoruma mexanizminin pozulmasına gətirib çıxarır.

Metbuat.az

Xəbər lenti