Xəzər Xəbər

Baş epidemioloq: Xəstələr evdə oturmalıdırlar

Cəmiyyət | 13:18 • 21 Fevral 2018
Baş epidemioloq:

Əksər müəssisələrdə infeksion xəstəliyə yoluxmuş şəxslər işə gəlirlər.

XəzərXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, professor İbadulla Ağayev "AZDAS 2018” tədbirində deyib.

Onun sözlərinə görə, hər hansı infeksiyanın yayılmasının qarşısının almasında vətəndaşlar özləri də maraqlı olmalıdır:

"Yoluxucu xəstəlikdaşıyıcıları işə buraxılır. Onlar nə tibbi ağızlıq taxır, nə də başqa dezinfeksiya tədbirləri görür. İşdə asqırır, öskürür, qucaqlaşır, bunun nəticəsində digər işçilər həmin xəstəliyə yoluxur.

İş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında vətəndaşlar da iştirak etməlidirlər. Xəstə insanlar sağalana qədər evdə qalmalıdır, işə gəldiyi zaman isə müvafiq tibbi ağızlıq taxmalıdır”.

Xəbər lenti