Xəzər Xəbər

Həkimdən XƏBƏRDARLIQ: Dərmanlar bu şəkildə qəbul edilərsə...

Cəmiyyət | 12:17 • 20 Fevral 2018
Həkimdən XƏBƏRDARLIQ:

"Dərmanın əlavə təsiri və doza həddinin aşılması insanlar tərəfindən keyfiyyətsiz kimi qəbul edilir”.

Bu sözləri Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin müdiri Ulduz Eyvazova dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlara aydınlıq gətirərkən deyib.

U.Eyvazova bildirib ki, istər ağrıkəsici, istərsə də hər hansı xəstəlikdə qəbul edilən dərmanın istifadə qaydası var:

"Hər bir dərmanın içlik vərəqində bu barədə məlumat yazılıb. Dərmanın düzgün qəbul edilməməsi, ev şəraitində düzgün saxlanmaması səbəbindən bəzən zəhərlənmələr baş verir. Məsələn, şərbət, göz damcılarının ilkin açılmadan sonra 28 günə qədər yararlılıq müddəti var. Çox zaman təcrübədə görürük ki, uşaq üçün öskürəyə qarşı alınan şərbətlər ilk açılandan bir il sonra qəbul edilir. Bu zaman əlbəttə, istənilən keyfiyyət aşkar olunmayacaq. Bundan başqa, bəzən bir dəfəlik yox, sutkalıq doza qəbul edilir”.

U.Eyvazova onu da əlavə edib ki, bununla yanaşı bədənin fərdi həssaslıq dərəcəsi də var. Dərman qəbul edilərkən bunu da nəzərə almaq lazımdır./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti