Xəzər Xəbər

Azərbaycanda marketlərdə dərman satılacaq?

Cəmiyyət | 10:35 • 20 Fevral 2018
Azərbaycanda marketlərdə dərman satılacaq?

Bu gün dünyanın bir sıra ölkələrində reseptsiz dərmanların marketlərdə də satılmasına icazə verilir. Azərbaycanda isə hələ ki, bu cür icazə yoxdur.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, Azərbaycanda hələ ki, bununla bağlı məsələ gündəmdə deyil.

Deputat vurğulayıb ki, dünyada belə bir təcrübə olsa da, Azərbaycanda tətbiq olunmur. Onun sözlərinə görə, ölkəmizdə dərman vasitələrinin deyil, bioloji aktiv maddələrin aptekdən kənarda, marketlərdə satılmasına icazə verilib:

"Biz bu məsələyə bir neçə ay əvvəl baxdıq və qanunvericiliyə dəyişiklik edildi. Hazırda bioloji aktiv maddələrin marketlərdə satılmasına qanunla icazə var, burada uyğun sanitar-gigiyenik normalar, temperatur, işıq rejimi gözlənilməklə satışına icazə verilir. Əgər bu şəraiti təmin edən marketlər istəsələr, bioloji aktiv maddələri də sata bilərlər. Lakin dərman vasitələrinin satılmasına icazə verilmir. Dərmanların satışına icazə verilməsi hələ ki, gündəmdə deyil. Bilirsiniz ki, Azərbaycanda icbari tibbi sığortaya keçid planlaşdırılır və reseptlə satılan dərmanlar icbari sığorta paketinə daxil olacaq. Bəlkə də ondan sonra bu məsələyə baxmaq olar".

M.Quliyev bildirib ki, böyük ölkələrdə bu təcrübə tətbiq olunur: "Dərmanların marketlərdə satılmasına icazə verilməsi üçün uyğun şərait yaradılmalıdır. Təsəvvür edin ki, kənd rayonunda mağazada dərman satılır. Bilməyəcəklər ki, o dərmanı hansı şəraitdə, hansı tepmeraturda saxlamaq lazımdır. Hələ ki, reseptsiz satılan dərmanların apteklərdən kənarda satılmasına icazə verməyə ehtiyac görmürəm, çünki Azərbaycanda aptek şəbəkəsi kifayət qədər genişdir".

Qeyd edək ki, Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazəni nəzərdə tutan qanun layihəsi 2017-ci ildə hazırlanıb.

Mütəxəssislər hesab edirlər ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər.

Qeyd olunur ki, bu qanundan daha çox ərzaq mağazalarının yaxınlığında yerləşən apteklər zərər görəcək.

Qanun layihəsinin müəlliflərinin fikrincə isə, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı dərmanların ucuzlaşmasına gətirib çıxara bilər.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti