Xəzər Xəbər

Bu yay Bakı metrosu sərin olacaq Kondisionerli qatarlar gəlir

Cəmiyyət | 12:08 • 19 Fevral 2018
Bu yay Bakı metrosu sərin olacaq

"Bakı Metropoliteni” QSC Rusiyanın "Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb

XəzərXəbər xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, hər biri 5 vaqondan ibarət iki qatar alınacaq. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Qatarlar bu il ərzində Bakı Metropoliteninə təhvil veriləcək. Yeni qatarların istismar müddəti təxminən 31 ildir.

Qeyd edək ki, yeni qatarların alınması ilə bağlı müqaviləni "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və "Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb.

Xəbər lenti