Xəzər Xəbər

Evdə paltar qurutmayın XƏBƏRDARLIQ

Cəmiyyət | 10:51 • 19 Fevral 2018
Evdə paltar qurutmayın
Elə ki, yağışlı havalar başlayır bir çoxumuz paltarları yuduqdan sonra içəridə quruduruq. Amma mütəxəssislər bunun sağlığımıza olduqca zərərli olduğunu söyləyirlər.

Türkiyəli ürək və daxili xəstəliklər üzrə mütəxəssis Olcay Emel mövzu ilə bağlı açıqlama verib.

XəzərXəbər ailem.az-a istinadən həkimin fikirlərini təqdim edir: "Hər kəs tərəfindən istifadə olunan yuyucu vasitələr suda həll olaraq çirkli paltarlarımızı təmizləyir. Təbii ki, bu kimyəvi qalıqlar durulanmaya baxmayaraq, müəyyən miqdarda paltarlarda qalır. Quruma prosesi zamanı su ilə birlikdə buxarlanaraq, olduğu atmosferə yayılır. Buna görə paltarlarımızı qapalı şərait yox, açıq havada qurutmaq ən doğru seçimdir".

O.Emel deyib ki, xüsusilə şəhər yerlərində açıq havada paltar qurutmaq mümkün olmur. Buna görə də paltar qurudulan otaqlar yaxşı havalandırılmalıdır. Amma bu otaqda qətiyyən uşaqlar və yaşlılar olmamalıdır. İkinci bir yol kimi qurutma maşınlarından istifadə etmək olar.

Həkim bildirib ki, allergiyası olanlar yuyucu vasitə əvəzinə, sabundan istifadə edə bilər: "Quru təmizləmədə də perklor etilen hipoklorit istifadə edilir. Buxarı ilə nəfəs aldıqda qaraciyər, sinir sisteminə zərər verə bilər və xərçəng yarada bilər. Buna görə quru təmizləmədən gələn əşyaların havaya verilmədən istifadəsi məsləhət deyil".

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti