Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata əsasən, gecə yarımadanın bəzi ərazilərində yağışın
sulu qara çevrilmə ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb
küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti
təşkil edəcək.
Naxçıvan
Muxtar Respublikasında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar
yağacağı gözlənilir. Axşam əsasən yağmursuz keçəcək. Şərq küləyi arabir
güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti
olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy
rayonlarında arabir qar yağacağı gözlənilir. Duman olacaq, Şərq küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7°
şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar
yağacağı, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı
yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə
bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman
olacaq. Şərq küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda
gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala
rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə
intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti,
gündüz 6-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq.
Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti,
gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti təşkil
edəcək.