Xəzər Xəbər

Xəbərdarlıq: İntensiv yağış və qar yağacaq

Cəmiyyət | 13:30 • 16 Fevral 2018
Xəbərdarlıq:

Bakıda və Abşeron yarımadasında fevralın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz cənub rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 17-18-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşamdan 19-u səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Fevralın 18-dən 19-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Xəbər lenti