Xəzər Xəbər

Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişir

Cəmiyyət | 17:51 • 14 Fevral 2018
Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişir

Sabahdan başlayaraq fevralın 20-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

Bu barədə XəzərXəbər-ə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı "Texniki fasilə”nin verilməsidir.

Xəbər lenti