Xəzər Xəbər

Səhərlər daim yorğun olanlara XƏBƏRDARLIQ

Cəmiyyət | 13:53 • 11 Fevral 2018
Səhərlər daim yorğun olanlara

Yəqin, siz də rastlaşmısınız: səhər yuxudan oyana bilmirsiniz, yataqdan sürünərək qalxırsınız, hiss edirsiniz ki, yuxunuzu bitməyib, davamlı yorğun və halsızsınız. Bu əlamətlər bəzi xəstəliklərdən xəbər verir.Movqe.az səhər yorğunluğunun səbəblərini araşdırıb.

1. Kifayət qədər olmayan yuxu və davamlı az yatmaq məcburiyyətində qalmaq: Vaxt çatışmazlığı səbəbindən zaman-zaman az yatmaq məcburiyyətində qalırsınız. Bir müddət sonra bu, yorğunluğa çevrilir. Hər kəsin doğuşdan gələn bioloji, ehtiyac duyduğu yuxu saatları var. Az yatdıqda 3-5 gün buna dözmək olur, lakin ən sonunda lazım olduğundan çox yatmaq məcburiyyətində qalırsınız. Əgər bu, belə davam edərsə, davamlı yorğunluq halı inkişaf edə bilər.

2. Yuxusuzluq sindromu: Gecə boyu xoruldayana "xoruldaya-xoruldaya yatmışdın" deyirlər. Lakin məlumatınız olsun ki, onlar əslində çox az yatırlar. Xoruldama yuxusuzluq sindromunun nəticəsidir. Bütün gecə nəfəsi tıxanan və boğulan insan çox yorulur. Gözlərini açmasa belə, fizioloji olaraq yatmır.

3. Vaxtaşırı ayaq-qıç hərəkətləri etmək, yuxu pozuqluğu insanın fizioloji yatmadığını göstərir.

4. Prostat vəzi kimi sağlamlıq problemləri tez-tez sidiyə çıxmağa səbəb olur. Yuxunun bütövlüyü də pozulur.

5. Qan şəkəri balanssızlığı, insulin müqaviməti gecə boyu qan şəkərinin balanslı olmasına mane olar. Gecə yemək istəyi ilə oyanmalara və ümumi narahatlığa gətirib çıxarır.

6. Tiroid problemləri yuxu nizamını poza bilər. Gecə nəfəs darlığı çəkən astma kimi ağciyər xəstələri da gecə kifayət qədər yatmırlar.

7. Baş ağrısı, miqren yatmağı və yuxunu çətinləşdirir.

8. Baş ağrısı adətən yatdıqdan 1-2 saat sonra və ya səhərə yaxın başlayır. Hücumlar çox şiddətli olur. Yuxu müddəti və keyfiyyətinin pozulması ilə yanaşı, ağır yorğunluğa səbəb olur.

9. Tükənmişlik sindromu müasir dövrdə ən çox rast gəlinən səhər yorğunluğu səbəblərindən biridir. Tükənmişlik sindromu olanlar hər an yorğun olurlar. Səhər yataqdan az qala sürünərək qalxırlar.

10. Tez-tez depressiyaya düşmək də yuxusuzluğa səbəb ola bilər. Gecə bütünlüklə yata bilməyən insanlarda səhər yorğunluğunun olması qaçılmazdır./aile.lent.az/

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
519 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti