Xəzər Xəbər

Hər 6,5 saniyədə bir nəfər siqaretdən ölür

Cəmiyyət | 16:35 • 9 Fevral 2018
Hər 6,5 saniyədə bir nəfər siqaretdən ölür

Bu gün 9 fevral - Dünya Siqareti Tərgitmə günüdür.

Bu münasibətlə danışan türkiyəli professor Nazmi Bilir siqaret asılılığının sağala biləcək bir xəstəlik olduğunu açıqlayıb. Siqareti tərgidə bilmirsinizsə, bu "iradəsizlik" deyil, sadəcə bədən nikotinə olan tələbatının ödənilməsini istəyir.

Professor həmçinin qeyd edib ki, siqaret asılılığı insanlarda ağciyər xərçəngi, ürək xəstəlikləri və digər bu kimi onlarla xəstəliyə yol açır. Hər il dünyada 7 milyon insan siqaretdən ölür və bunun da 900 mini passiv siqaret çəkənlərdir. Hər gün 14 min nəfər və ya hər 6,5 saniyədə bir nəfər siqaret asılılığı üzündən həyata əlvida deyir.

Bilirin sözlərinə görə, siqareti tərgitməyin ən əsas yolu bu barədə qərarlı olmaqdır./AzNews.az

Xəbər lenti

Çox oxunanlar