Xəzər Xəbər

“Donor haqqında” qanun qəbul edilə bilər

Cəmiyyət | 13:26 • 9 Fevral 2018
“Donor haqqında” qanun qəbul edilə bilər

"Transplantasiya ilə bağlı məsələlərin müzakirəsi və qanunla bağlı təkliflərin hazırlanması üçün mütləq İşçi Qrupu yaradılmalıdır”.


Bunu Milli Məclisin Səhiyyə komitəsinin "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə komitənin sədri Əhliman Əmiraslanov bildirib.

Ə. Əmiraslanov deyib ki, beyin ölümü geniş müzakirə olunmalıdır: "Müəyyən bir kurslar təşkil edilə bilər və həkimlər öyrənə bilər ki, beyin ölümünü necə təsbit etmək olar. Həkimlərin bunu bilməsi lazımdır. Bəzən həkimlərin bunu bilməməsi ucbatından orqan götürə bilmirik. Hökmən beyin ölümünü təsbit edən mərkəz yaradılmalıdır. Qanunda dəyişikliklər etməli, Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə tövsiyələr verməliyik”.

Ə. Əmiraslanov orqan transplantasiyasında tibbi etikanın vacib olduğunu vurğulayıb: "Biz demirik ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” mütləq yeni qanun qəbul olunmalıdır. Ola bilər ki, İşçi Qrupu "Donor haqqında” qanunun qəbulunu təklif edəcək. Bütün bunlar İşçi Qrupunun təklifi əsasında müəyyən ediləcək”. (APA)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti