Xəzər Xəbər

Ötən ay 3000 nəfər işıqla bağla "ASAN"a MÜRACİƏT ETDİ

Cəmiyyət | 11:45 • 9 Fevral 2018
Ötən ay 3000 nəfər işıqla bağla

Bu ilin yanvar ayı ərzində 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "ASAN” xidmət mərkəzlərinə müraciət edib.

Bu barədə XəzərXəbər-ə "Azərişıq”ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, "Azərişıq” ASC-nin "ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər artıq bütün regionları əhatə edir. Elə bu səbəbdəndir ki, arxada qalan yanvar ayı ərzində Azərişıq ASC-yə "ASAN” xidmət və "ASAN” kommunal mərkəzləri vasitəsi ilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. Daha dəqiqi Azərişıq "ASC”-nin göstərdiyi 10 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq fəaliyyəti ilə bağlı elektrik şəbəkəsinə qoşulma xidmətində prosedurların azalması, eyni zamanda məişət abonentlərinə işıq çəkilməsinin ölkənin bütün "ASAN” xidmət mərkəzlərini əhatə etməsi müraciətlərin sayına yaxşı mənada təsir edib.

Nəticədə "Azərişıq” ASC-yə yanvar ayında "ASAN” xidmət və "ASAN” kommunal mərkəzləri vasitəsi ilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib.

Ümumilikdə isə yanvar ayı ərzində "Azərişıq” ASC-nin "ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi) 18 409 müraciət olunub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti