Xəzər Xəbər

Baş həkim: “İrandan Astaraya gələn xəstələrin sayı artıb”

Cəmiyyət | 17:31 • 6 Fevral 2018
Baş həkim: “İrandan Astaraya gələn xəstələrin sayı artıb”

"Tibbi dispanserizasiya çərçivəsində ötən il Astara rayonunun 106527 sakinindən 81883 nəfəri tibbi müayinədən keçirilib”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev Nazirlikdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib.

Ə. Əliyev bildirib ki, tibbi dispanserizasiya çərçivəsində rayon mərkəzi xəstəxanasında yaradılmış səyyar həkim briqadaları rayon mərkəzindən 50 km aralıda yerləşən dağ kəndlərində tibb məntəqələrində, lazımı gəldikdə təcili yardım maşınlarında, bəzən evlərdə əhalini müayinələrdən keçirib, tibbi yardımlar göstərib: "Məhz son illər Azərbaycan səhiyyəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Astaradan İrana deyil, İrandan Astaraya gələn xəstələrin sayı günü-gündən artıb. Hazırda dispanserizasiya barədə Nazirliyin müvafiq sərəncamı alınıb və buna uyğun tədbirlər planı tam hazırlanıb, tibbi şura keçirilərək bütün məsələlər müzakirə edilmiş və bu il əhalinin icbari tibbi dispanserizasiyasının müvəffəqiyyətlə keçirilməsinə xəstəxana tam hazırdır”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti