Xəzər Xəbər

Azərbaycanda valideynlər uşaqlarına “Arenda”, “Toybəy” adı qoymaq istəyiblər

Cəmiyyət | 14:41 • 6 Fevral 2018
Azərbaycanda valideynlər uşaqlarına “Arenda”, “Toybəy” adı qoymaq istəyiblər

"Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki "Adlar və soyadlar” komissiyasına şəxs adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur”.

Bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, "ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan - "Toybəy”, "Arenda” adları ilə bağlı müraciətlər olub: "Bu adların uşaqlara verilməsinə icazə verilməyib. Bir də "Əli” və "Yusif” adlarının "Ali” və "Usub” şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün yazılış forması "Əli” və "Yusif”dir. Bunu vətəndaşlarımız bilməlidir”.

Son dövrlər oğlan uşaqlarına daha çox dini adların qoyulduğunu vurğulayan S. Sadıqova qeyd edib ki, "Übeyd”, "Üveys” adları ilə də bağlı edilən müraciətlər artıb: "Bu günlərdə "Musab” və "Ünalp” adları ilə bağlı müraciət edilib. "Ünalp” çox maraqlı addır. "Ün” - səs, "alp” - igid deməkdir. Bu ad "İgidin səsi” anlamını verir. "Ünal”, "Tuqan”, "Tuqay” adları da artıq qəbul olunub. "Tuqay” adının isə iki mənası var. Bu ad həm "hərbi birlik”, həm də "əziz” mənasını daşıyır”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti