Xəzər Xəbər

AMEA-nın doktorantura və dissertanturasına sənəd verənlərin sayı açıqlanıb

Cəmiyyət | 13:26 • 6 Fevral 2018
AMEA-nın doktorantura və dissertanturasına sənəd verənlərin sayı açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya elan etdiyi sənəd qəbulu başa çatıb.

Bu barədə APA-ya AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov məlumat verib.

Onun sözlərinə görə, fəlsəfə doktoru proqramı üzrə əyani doktoranturaya 115 plan yerinə 183 nəfər ərizə verib: "Fəlsəfə doktoru üzrə qiyabi doktoranturaya plan yerləri ayrılmayıb. Elmlər doktoru proqramı üzrə həm əyani, həm də qiyabi doktoranturaya ümumilikdə 39 plan yerinə 47 nəfər ərizə təqdim edib”.

İdarə rəisi bildirib ki, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 181 plan yerinə 288 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 110 plan yerinə 141 nəfər tərəfindən ərizə təqdim olunub.

Ə. Sadıqov qeyd edib ki, doktoranturaya qəbul imtahanları fevral ayında keçiriləcək: "Eyni zamanda Akademiyanın institutlarının Elmi şuralarında dissertanturaya qəbul aparılacaq və nəticələr Rəyasət Heyətinə təqdim ediləcək”.

Qeyd edək ki, AMEA Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib. Sənəd qəbulu 2017-ci il dekabrın 27-dən 2018-ci il yanvarın 27-dək aparılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti