Xəzər Xəbər

Hamilə qadınlar üçün ÖNƏMLİ MƏSLƏHƏTLƏR

Cəmiyyət | 10:23 • 6 Fevral 2018
Hamilə qadınlar üçün

Hər bir hamilə qadının ən böyük arzusu, sağlam övlad dünyaya gətirməkdir. Bunun üçün isə başlıca amillərdən biri, hətta birincisi düzgün qidalanmaqdır. Hamiləlik dövründə ananın məsuliyyəti ikiqat artdığı üçün daim həkim nəzarəti altında olmaq istəyir. Xüsusən də bu ilk təcrübədirsə... Bu səbəbdən son illər internet portalları və saytlarda gələcəyin analarına kömək məqsədi ilə gərəkli informasiyalar, tövsiyyələr, həkim məslələtləri yayımlanır. Lakin, təəssüf ki, Azərbaycan dilində bu qəbildən olan yazılar azlıq təşkil edir.

XəzərXəbər bunu nəzərə alıb, hamilə qadınların işinə yarayacaq əhəmiyyətli yazını təqdim edir.

Ümumiyyətlə, hamiləlik dövrü 3 trimestrə bölünür. İlk trimestr ən çətin dövr sayılır. Belə ki, bu aylar ərzində hamilə qadının iştahdan kəsildiyi "toksikoz" dönəmi başlayır. Toksikoz aylarında ananı narahat edən ilk sual dölün inkişafı olur. O, davamlı yemək yemirsə, körpəsinin də qidalanmadığını düşünür. Araşdırlmalara görə, hamiləliyin ilk aylarında dö, ananın orqanizmindəki vitamin və mikroelementlərlə qidalanır və əgər ananın bədəni sağlamdırsa, bu bir müddət dölə bəs edir. Məcbur yağlı, ağır xörəklər yeməyə ehtiyac yoxdur. Anadan tələb olunan az miqdarda da olsa, vitamin, kalsium və minerallarla zəngin qidalar qəbul etməkdir.

Toksikoz dönəmi bitər-bitməz hamilə qadın gündəlik rasionuna mütləq ət və ət məhsulları daxil etməlidir. Həftənin iki günü balıq əti yemək həm ananın, həm də doğulacaq körpənin sağlamlığına müsbət təsir edir. Bundan əlavə, gün ərzində bir ədəd toyuq yumurtası, süd və qatıq yeyilməlidir. Ağartı məhsulları, həmçinin mədə-bağırsaq sisteminin fəaliyyətini tarazlayır.

Ana olmağa hazırlaşan xanımlar hər gün mövsümi meyvə və tərəvəz qəbul etməlidirlər. Əgər ürəyiniz digər meyvələri də istəyirsə, çərəz formasında yeyə bilərsiniz. Süni şəkildə yetişdirilən meyvə, tərəvəzlərin tərkibi dərmanlı olduğundan bu həm ananın, həm də doğulacaq körpənin sağlamlığına zərər vura bilər.

Gün ərzində bir qaşıq rafinəolunmamış bitki yağı ananın orqanizmini F vitamini ilə təmin edir. Yağı tərəvəz salatına qatıb yemək tövsiyyə olunur.

Gələcək ananın gündəlik rasionunda su başlıca yerdə olmalıdır. Gün ərzində 1 litrdən az olmayaraq su qəbul edilməlidir. Çay və qəhvənin tərkibində kofeinin miqdarı çox olduğu üçün, bu içkilərin miqdarı minimuma endirilməlidir. Digər bitki çayları içərkən mütləq həkimlə məsləhətləşmək lazımdır.

Hamilə qadın nə qədər az dərman qəbul etsə, özünə və gələcək körpəsinə bir o qədər yaxşılıq etmiş olur. Yarıdərman sayılan bəzi vitaminlərin qəbulu əhəmiyyətlidir. Lakin bu faydalı maddələri və mikroelementləri təbii qidalardan almaq daha gözəl olar.(publika.az)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti