Xəzər Xəbər

Dərman vasitələri nəmişlik yerdə, günün altında saxlanılır NAZİRLİK

Cəmiyyət | 15:30 • 5 Fevral 2018
Dərman vasitələri nəmişlik yerdə, günün altında saxlanılır

Bəzən topdansatış əczaçılıq müəssisələri lisenziya almaq üçün müvafiq şəraitli anbarı müvəqqəti icarəyə götürürlər, lakin lisenziya aldıqdan sonra dərman vasitələrini qeyri-adekvat şəraitdə (günün altında, nəmişlik yerdə, soyuducuda saxlanılmalı malları açıq havada və s.), başqa yerdə saxlayırlar.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumata görə, dərman vasitəsinin istehsalından pasiyentin istehlakına qədər keçən müddətdə dərman vasitəsinin hansı şəraitdə və harada saxlanılmasının dərman vasitəsinin keyfiyyətinin qorunması baxımından böyük əhəmiyyəti var.

"Təcrübədə rast gəlinir ki, bəzi hallarda dərman vasitələri istifadə təlimatlarında qeyd olunan şəraitdə saxlanılmırlar. Nəticədə düzgün şəraitdə saxlanılmama dərman vasitəsinin keyfiyyətinə mənfi təsir göstərə bilir.

"Dərman vasitələrinin istehsalına dair tələblər”in istehsalçılar tərəfindən tətbiq edilməsi daha keyfiyyətli dərman vasitələrinin istehsal ediməsinin ilkin şərtləri funksiyasını həyata keçirəcək. Qeyd olunan tələblərin qüvvəyə minməsi dərmanların topdansatış müəssisələrinə dair tələbləri müəyyən edərək, həm dərmanların dövriyyəsinin qeyd olunan zəncirinin təhlükəsiz olmasını təmin edəcək.

Həmçinin, istehsal olunan məhsul xarici ölkələrə ixrac edildiyi halda, məhsulun keyfiyyətinə dair xarici alıcıların əminliyi artacaq. Belə ki, bütün Avropa ölkələrində, inkişaf etmiş, eləcə də inkişafda olan Amerika və Asiya dövlətlərində keyfiyyətli dərman istehsalçıları məhz qeyd edilən tələblərə riayət edərək dərman vasitəsi istehsal edən müəssisələrdir”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti