Xəzər Xəbər

“Azəriqaz”: Yanvarda 66 çoxmərtəbəli binaya təbii qaz verilib

Cəmiyyət | 12:51 • 5 Fevral 2018
“Azəriqaz”:

Yanvar ayında 66 çoxmərtəbəli binaya təbii qaz verilib.

"Azəriqaz” İstehsalat Birliyindən XəzərXəbər-ə bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, "Azəriqaz” 2018-ci ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 66 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 4 min 92 ailə yaşayır.

"Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Xəbər lenti