Xəzər Xəbər

Azərbaycanda doluya qarşı raket-artilleriya bərpa oluna bilər

Cəmiyyət | 10:32 • 5 Fevral 2018
Azərbaycanda doluya qarşı raket-artilleriya bərpa oluna bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması Metodikası”nın layihəsi hazırlanıb və aidiyyəti üzrə rəy və təkliflərin bildirilməsi məqsədilə Nazirlər Kabinetinə təqdim edilib.

XəzərXəbər xəbər verir ki, 2017-ci il ərzində ETSN tərəfindən görülmüş işlərin hesabatında bildirilib ki, 1967-1991-ci illərdə ölkə ərazisində həyata keçirilmiş doluya qarşı mübarizə tədbirləri və onların nəticələri haqqında ötən il hesabat hazırlanıb.

Eyni zamanda, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb. Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti qiymətləndirilib.

Hesabatda qeyd olunub ki, hazırkı dövrə qədər 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon və 1 andezit-bazalt yatağı qiymətləndirilib. Belə ki, Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilərək ayrılıb.

"Hesabat dövründə Azərbaycanın 7 iqlim bölgəsi üzrə ümumi sayı 13600-ə yaxın yarım sutkalıq, sutkalıq, iki sutkalıq, 5-10 günlük və aylıq hava proqnozu, Xəzər dənizinin 6 rayonu üzrə 12400 yarım sutkalıq, sutkalıq, iki sutkalıq, 5-10 günlük, Kür və Qanıx çayları üzrə 434 sutkalıq axım proqnozu, Kür çayının aşağı hissəsində üç məntəqə (Kür-Surra, Şirvan, Salyan) üzrə iki və üç sutkalıq 746 səviyyə proqnozu, 3 çay üzrə 36 ədəd ongünlük su sərfi proqnozu, 15 çay üzrə 12 ədəd aylıq proqnoz, Kür, Araz, Qanıx çayları üzrə 4 fəsillik axım proqnozu tərtib olunub. Abşeron dəniz rayonu üzrə 41-i təhlükəli, 14-ü xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında cəmi 174 xəbərdarlıq tərtib olunub”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti