Xəzər Xəbər

Acqarına darçınlı su içsəniz orqanizmdə nə baş verəcək?

Cəmiyyət | 17:21 • 3 Fevral 2018
Acqarına darçınlı su içsəniz orqanizmdə nə baş verəcək?

Türkiyəli dietoloqların sözlərinə görə, darçınlı su ilə bir həftədə 5 kq-a qədər arıqlamaq mümkündür.

Mütəxəssislər darçınlı suyun həzm sisteminin fəaliyyətini yaxşılaşdırdığını və yağ yandırma prosesini sürətləndiriyini irəli sürüb. Çünki kökəlmənin başlıca səbəblərindən biri həzm sisteminin ləng işləməsidir. Odur ki, çəki atmaq üçün ilk olaraq həzm sistemini sürətləndirmək lazımdır.

Darçınlı suyun orqanizmə faydaları:

Yağ yandırır.

Orqanizmdəki sərbəst radikalların inkişafını əngəlləyir. Beləliklə xərçəngin yaranmasının qarşısını alır.

Hər gün bir stəkan darçınlı su immuniteti gücləndirir.

Boğazda meydana gələn iltihablanmalara yaxşı təsir edir.

Darçınlı su toniki dəriyə də cavanlaşdırıcı effekt verir. Dəri məsamələrini sıxlaşdırır.

Qanda şəkərin miqdarını azaldır, şirniyyat istəyini böyük ölçüdə azaldır.

Eyni zamanda yaddaşı möhkəmləndirir.

Darçınlı su necə hazırlanır?

Darçınlı suyun hazırlanması olduqca sadədir.

Ərzaqlar:

1 stəkan su

1 çay qaşığı darçın

Hazırlanması:

Bir qazanının içərisinə su əlavə edin və qaynadın. Daha sonra qaynamış suyun içərisinə bir çay qaşığı və bir ədəd çubuq darçın əlavə edin. Su soyuduqdan sonra ac qarına için.

Darçını qatıqla qarışdıraraq da yeyə bilərsiniz. Hər gün acqarına edilərsə, bədəni artıq çəki problemindən xilas edəcək.

Darçının zərəri varmı?

Darçın orqanizmə hər hansı bir zərər vermir. Ancaq digər ədviyyatlarda olduğu kimi artıq istifadəsi bəzi əsk təsirlər yarada bilər. Darçının faydalarından yararlanmaq üçün müəyyən ölçülərdə istifadə edin.

Məsələn, çox istifadə etdikdə qəbizlik probleminə səbəb olacaq. Yüksək təzyiq səbəbi ilə davamlı dərman istifadə edən insanlarda isə darçın dərmanın təsirini artıra bilər.

Əməliyyat öncəsi və əməliyyata hazırlanan şəxslərə darçın və darçınlı su içmək olmaz./publika.az

Xəbər lenti