Xəzər Xəbər

Ötən il sosial problemlərlə əlaqədar 11,7 min nəfərdən çox vətəndaş fərdi qaydada qəbul edilib

Cəmiyyət | 12:34 • 30 Yanvar 2018
Ötən il sosial problemlərlə əlaqədar 11,7 min nəfərdən çox vətəndaş fərdi qaydada qəbul edilib

Vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavab verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində mühüm yer tutur. Keçən il də bu sahədə istisnalıq təşkil etməyib: nazirliyin rəhbərliyi və məsul şəxsləri 11 min 751 nəfər vətəndaşı fərdi qaydada qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, vətəndaşlardan 773 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən qəbul edilib. Onlardan 119 nəfərin nazirlikdə və 654 nəfəri "Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq ölkəmizin rayon və şəhərlərində keçirilən qəbullar zamanı dinlənilib. Bundan başqa 418 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, qalan vətəndaşlar isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilib. Müraciətlərin əksər hissəsi sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərlə əlaqədar olub.

Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi nəticəsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatı öz ifadəsini nazirliyin qəbul otağına müraciət edənlərin sayının getdikcə azalmasında tapıb. 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağına müraciət edənlərin sayı əvvəlki illə müqayisədə 3,5 dəfə azalıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti