Xəzər Xəbər

Duzun bu təhlükələri də var!

Cəmiyyət | 09:43 • 30 Yanvar 2018
Duzun bu təhlükələri də var!

Hər gün çox miqdarda duzun qidada istifadə edilməsi bağırsağın immun sistemində dəyişikliklərə səbəb ola bilər.

Bir qrup amerikalı mütəxəssis bu qənaətə gəlib.

Qeyd olunur ki, üç həftə müddətində duzdan həddən çox istifadə beyində qan dövranını da azaldır.

Bununla bağlı müşahidə siçanlar üzərində aparılıb. Duzun həcminin azalmasından sonra siçanların orqanizmində normal rejimin bərpa olunduğu müşahidə edilib.

Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində beş qramdan çox olmayaraq duzdan istifadə etməyi məsləhət görür.

Xəbər lenti