Xəzər Xəbər

Tələbə kreditləri ilə bağlı qanun hazırlanacaq

Cəmiyyət | 17:29 • 29 Yanvar 2018
Tələbə kreditləri ilə bağlı qanun hazırlanacaq

"Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən ilk iclasında adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri belə bir sənədin cəmiyyətin sosial sifarişi kimi ortaya çıxdığını bildirib:

"Biz yaxın perspektivdə tələbə kreditlərləri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağı və onu müzakirələrə çıxarmağı nəzərdə tuturuq. Bu, cəmiyyətin sosial sifarişindən irəli gəlib. Qeyd edim ki, parlamentdə zaman-zaman bu yöndə təkliflər səslənib və bu baxımdan, biz digər komitələrlə birgə adıçəkilən sənədin hazırlanmasını nəzərdə tuturuq. Yəni, yaxın perspektivdə belə bir qanun layihəsi hazırlanıb, müzakirələrə təqdim olunacaq”.

Qeyd edək ki, bu yöndə qanun layihəsinin qəbul edilməsi təklifini ilk dəfə millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli səsləndiriblər. Onlar hətta birlikdə "Təhsil kreditləri haqqında” qanun layihəsinin ilkin variantını da hazırlayıblar. Orada da imkansız ailələrdən olan tələbələrin güzəştli şərtlərlə təhsil kreditlərindən yararlana bilməsi öz əksini tapıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti