Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.