Xəzər Xəbər

Apteklərə dair əsas tələblər açıqlanıb

Cəmiyyət | 11:42 • 27 Yanvar 2018
Apteklərə dair əsas tələblər açıqlanıb

Aptekdə dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena mallarından başqa digər malların saxlanılması və satışı qadağandır.

Xezerxeber.az-ın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.Dövlət mülkiyyətində olan və ya lisenziya əsasında əczaçılıq fəaliyyəti göstərənaptek bu tələblərə cavab vermədikdə Səhiyyə Nazirliyi tərəfindənaptekin lisenziyasınınfəaliyyətinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı tədbirlər görülür. Aptek özəl klinikanın və topdansatış əczaçılıq müəssisəsinin nəzdində təşkil olunduqda inzibati-məişət sahələrinin (anbar otağından başqa) ümumi olmasına yol verilir. Həkim resepti əsasında buraxılandərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında yalnız Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılır. Bu tələb dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinə şamil edilmir. Bu qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır.

Xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədi ilə aptek müəssisəsi diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi) istifadə edə bilər. Xəstələrin diaqnostik test üsulu ilə müayinəsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən həyata keçirilir. Əczaçı həkimi əczaçılıq bazarında, aptekdə olan dərman vasitələrinin çeşidi, qiymətləri, xassələri və s. barəsində məlumatlandırmalıdır. Aptekin əsas vəzifəsi əhaliyə həkim resepti əsasında hazırlanmış müxtəlif dərman formalarının (daxilə və xaricə istifadə olunan məhlullar, sadə və mürəkkəb tərkibli tozlar, məlhəmlər, linimentlər, pastalar və s. qeyri-inyeksion dərman formaları), həkim resepti əsasında və reseptsiz buraxılan hazır dərman vasitələrinin, sarğı materiallarının və xəstəyə qulluq əşyalarının, eləcə də dərman bitki xammallarının, uşaq və dietik qida məhsullarının, müalicəvi mineral suların, kosmetik vasitələrin, optik ləvazimatların, həmçinin xüsusi icazə aldıqdan sonra dövriyyəsinə nəzarət olunan psixotrop, zəhərli və güclü təsirə malik dərman maddələrinin, "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olmaqdır. Aptek öz funksiyalarını yerinə yetirmək üçün aşağıdakıları etməlidir:

- dərman vasitələrinin aptek daxilində hazırlanması üzrə mövcud normativ sənədlərə və ölçmə vasitələrinin dövri yoxlanmasına riayət etmək;

- saxlanma qruplarına uyğun malların çeşidini müəyyənləşdirmək və bu çeşidin azalmayan istiqamətdə sabitliyini təmin etmək;

- əczaçılıq bazarında nomenklatura və qiymətlər üzrə tibbi təyinatlı mallara və dərman vasitələrinə olan tələbatı öyrənmək və fəaliyyətini bu tələbata uyğunlaşdırmaq;

- dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sertifikatının, Azərbaycan dilində içlik vərəqəsinin olmasına, keyfiyyətinə, səmərəliliyinə və təhlükəsizliyinə nəzarət qaydalarına riayət etmək.

Aptek ayrıca binada və yaxud hər hansı binanın qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla) yerləşdirilir. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır. Aptek aşağıdakı şöbə və otaqlara malik olmalıdır:

- inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.);

- material otaqları (ən azı iki; sarğı materiallarının, psixotrop maddələrin, dərman substansiyalarının saxlanılması üçün otaqlar);

- satış şöbəsi (əhaliyə xidmət sahəsi – satış zalı):

- reseptura şöbəsi (resept əsasında buraxılan dərman vasitələrininsatışı);

- əl-satışı şöbəsi (reseptsiz buraxılan dərman vasitələrinin və tibbi məmulatların, sarğı materiallarının və s. satışı).

- assistent otağı (dərmanların hazırlanması üçün);

-distillə otağı (distillə suyunun və/və ya apirogen suyun alınması üçün);

- yumaotağı (aptek qablarının yuyulması üçün);

- qablaşdırma və köməkçi otağı;

- sterilizasiya (avtoklav) otağı;

- aseptik blok (steril dərmanların hazırlanması üçün otaq, yumaotağıiləaseptikblokvəassistentotaqlarıarasındaaçılıb-örtüləngözlükolmalıdır, aseptikavəavtoklavotaqlarıarasındabirbaşaəlaqə (qapı)olmalıdır)

Aptekin otaqlarının divarları və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik olmalıdır.

Aptek həyata keçirdiyi funksiyalara uyğun olaraq aşağıdakılar da daxil olmaqla xüsusi avadanlıqlar və ölçmə vasitələri ilə təmin edilməlidir:

- dərman vasitələrinin və tibbi təyinatlı məmulatların saxlanması üçün siyirmələri olan qapalı dolablara malik aptek mebeli ilə;

- termolabil malların saxlanması üçün lazım olan temperatur rejimini təmin etmək üçün saxlanılan malların həcminə uyğun əczaçılıq soyuducu ilə;

- aptekin sahəsinə müvafiq olan kondisionerlə (və ya kondisionerlərlə);

- xüsusi geyimlərin və üst geyimlərinin, ayaqqabıların ayrıca saxlanması üçün şkaflarla;

- ventilyasiya sistemi ilə təchiz edilmiş anbar otağı ilə;

- temperaturu və nisbi rütubəti təyin edən cihazlarla (termometr, termohiqrometr, psixrometrik hiqrometr);

- psixotrop maddələrin saxlandığı material otağında qapıları kilidlənən xüsusi dəmir seyf, taxta şkaflar və siqnalizasiya xəbərdarlıq sistemi ilə;

- dərman vasitələrinin hazırlanması üçün texnoloji avadanlıqla və ölçmə vasitələri ilə;

- hazırlanmış dərman vasitələrinin keyfiyyətini yoxlamaq üçün avadanlıq (analitik masa və s.), ölçmə vasitəsi və reaktivlərlə;

- dərman vasitələrinin kütləsini (müxtəlif tərəzilər və çəki daşları) və həcmini (müxtəlif ölçmə qabları) təyin etmək üçün ölçmə vasitələri ilə.

- aptekdə reseptar-provizor (reseptura şöbəsinin işçisi) və əl-satışı şöbəsində işləyən əczaçı (və ya provizor) üçün şaquli şüşə ilə alıcılardan təcrid olunmuş iş yerləri təşkilolunmalıdır.

- aptekdə su və elektrik enerjisi təchizatı, sanitariya qovşağı, dezinfeksiya rejiminin təminolunması üçün dezinfeksiyaedici vasitələr və təsərrüfat inventarları olmalıdır.

Aptekdə həkim resepti əsasında dərmanların hazırlanması nəzərdə tutulmadıqda müvafiq otaqlar və sahələri azaltmaq mümkündür. Aptek internet şəbəkəsinə qoşulmuş kompüterlə təchiz edilməlidir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti