Xəzər Xəbər

Avropanı heyran qoyan polis komissarı: "Azərbaycanda yaşıdlarım çoxdan ərə gedib" - FOTOLAR

Cəmiyyət | 15:58 • 26 Yanvar 2018
Avropanı heyran qoyan polis komissarı:

Qadının gücü də, gözəlliyi də sonsuzdur. Bu nəhəng kainatda öhdəsidən gələ bilməyəcəyi nə isə yoxdur. Bir neçə saat ərzində sosial şəbəkələrdə məşhurlaşan Almaniya komissarı, həmyerlimiz Lana kimi. Əsl adı Nurlana Atakişiyeva olan bu gənc xanım yaxın günlərdə Almaniyanın ən reytinqli "Bild" saytına verdiyi müsahibə ilə milli mediada səs-küyə səbə olub. Haqqında bir çox şaiələr gəzən Lana mediadan uzaq durmağa çalışsa da, qısa müsahibəyə razılıq verdi. Həmsöhbətim Avropanın ən qlamur polisidir.

Avropa Azərbaycanlıları adlı şəxsin şəkli.

- Lana, bir çox ağzıgöyçəklərimiz deyirlər ki, bu vəzifə sizə gözəlliyinizə görə verilib. Onlara nə demək istərdiniz?

- Bu heç də belə deyil. Bu sözləri danışan adamlar Avropada təhsilin, iş tapmağın necə məsuliyyətli olduğunu bilməyən adamlardır. Onlar hardan bilsinlər ki, mən 3 il əziyyət çəkib, bu ixtisas üzrə təhsil almışam. Hazırda Berlinin Neuköln rayonunda vəzifə borcumu yerinə yetirirəm. Bura şəhərin ən təhlükəli rayonudur. Çünki dünyanın hər yerindən insan yaşayır. Əsasən də ərəblər... Son zamanlar isə rumınlar da məskunlaşıb. Demək olar ki, hər günüm riskdir.

- Almaniyaya köçməyinizin səbəbi nə idi?

- Mənim 15 yaşım olanda anam xəstəliyə düçar oldu. Atam da ağır işlərdə çalışıb, bizə baxırdı. Anamın müalicəsi daha yaxşı şərtlərdə davam etsin deyə, biz Almaniyaya gəldik. Atamsa imkanı çatdığı qədər çalışıb, bizə pul göndərirdi.

Avropada qaçqınlıq həyatı adlı şəxsin şəkli.

- Yeni ölkəyə öyrəşmək çox zamanınızı aldı?

- Dil bilmirdim, məktəbdə demək olar ki, dostlarım yox idi. Bir tərəfdən də anamın xəstəliyi üzürdü məni. Bəzən atamın göndərməyə pulu olmurdu. Onda qərar verdim ki, yaxşı təhsil alıb, sevdiyim bir ixtisasa yiyələnəcəm. Hər ikisini xoşbəxt edəcəm.

- Bəs ananız indi necədir?

- Bakıda yaşayanda yataq xəstəsi idi. İndi isə daim həkim nəzarətində olsa da, yaxşı yaşayır. Atam da artıq yanımızdadır.

- Maraqlı ad verib sizə valideynləriniz.

- Hər ikisi Oğuz rayonundandırlar, amma mən Rusiyanın Saratov şəhərində doğulmuşam. Yəqin adım bununla əlaqəlidir.Ancaq büöv adım Nurlanadır.

- Pianoda da gözəl ifa edirsiniz.

- Təşəkkür edirəm. Biz Bakının Bayıl ərazisində yaşayırdıq. Mən 163 nömrəli orta məktəblə yanaşı, 8 illik musiqi məktəbini də bitirmişəm.

Avropa Azərbaycanlıları adlı şəxsin şəkli.

- Polis olmaq istəyən xanımlarımıza nə məsləhət görürsünüz?

- Uşaqlıqdan idmana dərin maraq göstərmişəm. Belə deyək, "əkşn” istəyirdim. İndi anlayıram ki, həyatımın ən doğru qərarı peşə seçimimdir. Sənətimi çox sevirəm. Cinsindən asılı olmayaraq, əgər təhlükəni, riski gözə ala bilməyəcəksinizsə, polis olmayın.

- Bəs gözəl bədən quruluşunuzu nəyə borclusunuz?

- Gün ərzində çox qaçıram. Bunun üçün idman salonuna getməyi gözləmirəm. Vaxt tapan kimi küçədə qaçıram. Bir də dartınma hərəkəti edirəm. Qeyri-adi sirrim yoxdur.

- Adətən, xüsusən də Avropada qadın polislər kişilərə nisbətən daha sərt xasiyyətli olurlar. Məsələn, xırda qanun pozuntusuna kişi polis hardasa göz yumursa, qadınlar dərhal cəza tətbiq edirlər. Bəs sizdə vəziyyət necədir?

- Bu situasiyadan asılıdır. Mən hər kəslə necə lazımdırsa, elə də davranıram. Qanun qarşısında hər kəs eynidir.

Avropa Azərbaycanlıları adlı şəxsin şəkli.

- Səsləndirdiyiniz digər bir fikir də müzakirələrə səbəb olub. Bəlkə aydınlıq gətirəsiniz?

- Mən demişəm ki, hazırda 29 yaşındayam. Azərbaycandakı yaşıdlarım artıq ailəli və uşaqlıdırlar. Mənsə subay olsam da, xoşbəxtəm. Yəni vaxt gələndə, ailə də quracam. Tələsmək lazım deyil. Sadəcə, fikrimi yanlış tərcümə ediblər.

- Siz həmçinin bir neçə dildə danışan polis komissarı kimi də almanların diqqət mərkəzindəsiniz.

- Bəli, rus, türk, Azərbaycan, həmçinin burada məktəb vaxtından öyrəndiyim ingilis, fransız, ən əsas da alman dilində danışıram. Çox dil bilmək Berlin kimi meqapolisdə işimi asanlaşdırır.

- Lana, sizə məsuliyyətli və təhlükəli peşənizdə yüksək zirvələr arzu edirəm.

- Təşəkkürlər./publika.az

Xəbər lenti