Xəzər Xəbər

Ötən il 656 nəfər qidadan zəhərlənib, 6 nəfər ölüb

Cəmiyyət | 15:40 • 26 Yanvar 2018
Ötən il 656 nəfər qidadan zəhərlənib, 6 nəfər ölüb

Ötən il ərzində Azərbaycanda 362 qida zəhərlənməsi baş verib.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 656 nəfər zərər çəkib.

Ötən il 21 botulizm hadisəsi baş verib. Nəticədə 41 nəfər zəhərlənib, 6 nəfər dünyasını dəyişib. Ölümə hisə verilmiş balıq və məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.

Ümumilikdə, qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı 2016-cı illə müqayisədə azalıb.

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib.

2016-cı ildə 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
405 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti