Xəzər Xəbər

Qeysəriyyə əməliyyatlarına nəzarət gücləndiriləcək

Cəmiyyət | 14:38 • 26 Yanvar 2018
Qeysəriyyə əməliyyatlarına nəzarət gücləndiriləcək

Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatlarının tibbi göstərişlə həyata keçirilməsi üzərində nəzarəti gücləndirəcək.

Bu məsələ səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə təsdiqlənən "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş əlavə tədbirlər”ə daxil edilib.

Bu tədbirlər nəticəsində Azərbaycanda keysəriyyə əməliyyatlarının sayının azaldılacağı gözlənilir.

Tədbirlərdə qeyd edilir ki, hər bir uşaq ölümü ilə bağlı 106 nömrəli forma üzrə operativ məlumat elektron qaydada alınsın və bu işə nəzarətin gücləndirilsin.

Qeyd edək ki, Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır.

2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508 doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-ı qeysəriyyə əməliyyatı ilə olub.

Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub. (Trend)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti