Xəzər Xəbər

Rəhbər vəzifədə işləmək istəyənlərin nəzərinə!

Cəmiyyət | 11:20 • 26 Yanvar 2018
Rəhbər vəzifədə işləmək istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 27-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahana qeydiyyat 10-24 yanvar tarixlərində aparılıb, bu müddət ərzində 56 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlayacaq, 3 saat davam edəcək.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əsli, "İmtahana buraxılış vərəqəsi". Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
391 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti