Xəzər Xəbər

Naxçıvanda bir ildə 5715 uşaq doğulub, 1963 nəfər ölüb

Cəmiyyət | 10:28 • 20 Yanvar 2018
Naxçıvanda bir ildə 5715 uşaq doğulub, 1963 nəfər ölüb

Muxtar respublikada 2017-ci ildə 5715 uşaq doğulub, 1963 ölüm hadisəsi qeydə alınıb, təbii artım 3752 nəfər, doğum göstəricisi 12,6, ölüm göstəricisi 4,3, 1 yaşa qədər uşaq ölümü 8 nəfər olmaqla, 1,4 promilli təşkil edib.

XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında deyilib.

Bildirilib ki, muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları ötən ildə fəallıq göstərib, çox sayda insanın yerlərdə müayinə-müalicə işini təşkil edib, mədəniyyət işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün kütləvi profilaktik müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji,stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirilib.

Xəbər lenti