Xəzər Xəbər

Sinoptiklər xəbərdarlıq edir...

Cəmiyyət | 15:19 • 19 Yanvar 2018
Sinoptiklər xəbərdarlıq edir...

Sinoptiklər hava şəraitinin dəyişəcəyi və əlverişsiz olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə bildirilir ki, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5° aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Xəbər lenti