Xəzər Xəbər

Təhlükəsizlik üçün vurulan peyvəndlər təhlükəli imiş – QADAĞAN edildi

Cəmiyyət | 17:57 • 18 Yanvar 2018
Təhlükəsizlik üçün vurulan peyvəndlər təhlükəli imiş

Səhiyyə Nazirliyi Gürcüstanda 2016-17-ci illər ərzində insan sağlamlığı üçün təhlükəli olan, 30 min dəfə dozadan artıq istifadə edilən peyvəndi istifadədən çıxarıb.

Bu barədə dövlət auditinin dərcindən sonra əhali qarşısında cavab verməli olan Səhiyyə Nazirliyinin nümayəndələri məlumat verib.

Dövlət auditinin hesabatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Gürcüstanda 30 min dəfə istifadə olunan təhlükəli peyvəndi istifadədən kənarlaşdırmağı tövsiyə edib. Səbəb olaraq bildirilib ki, peyvəndlər lazımı qeydiyyatı keçə bilməsə də, Gürcüstanın xüsusi komissiyası peyvəndin istifadəsi üçün icazə alıb.

Lakin ÜST-nın bəyanatına cavab olaraq İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarətə dair Milli Mərkəzin rəhbəri Amiran Qamkrelidze bütün itthamları rədd edib. O bildirib ki, Gürcüstana gətirilən dərman vasitələrinin hər biri mövcud qaydalara uyğun şəkildə idxal olunubb: "Dərman vasitəsi quduzluğa qarşı peyvənddir, uşaqlara vurulan peyvənd deyil”.

Xatırladaq ki, 2016-cı ildə ÜST ölkədə dərman vasitəsinin keyfiyyəti və təhlükəsizliyini yoxlamaq məqsədilə yoxlama aparıb. Mövcud məsələ ilə bağlı dövlət audit orqanlarının əməkdaşları Səhiyyə Nazirliyi əməkdaşları ilə görüşüb və quduzluğa qarşı peyvəndin effektiv, təhlükəsiz olması ilə bağlı bütün arqumentlər səsləndirilib. Lakin məslənin sosial şəbəkələrdə geniş müzakirə edilməsi valideynləri təşvişə salıb. Onlar öz uşaqlarına adıçəkilən peyvəndin vurulmasından imtina etdiklərini bildirib./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar