Xəzər Xəbər

Ölkəmizdə ən çox yayılan xəstəliklər bunlardır

Cəmiyyət | 15:25 • 17 Yanvar 2018
Ölkəmizdə ən çox yayılan xəstəliklər bunlardır

2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydə alınan xəstəliklər arasında tənəffüs, əsəb sistemi, hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A virusu və qonokokk infeksiyası ilə xəstələnmə halları müvafiq olaraq 13,6 faiz və 3,8 faiz azalıb.

Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı hepatit A virusu üzrə 14,4 faiz, qonokokk infeksiyası üzrə isə 4,7 faiz azalıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.

Bununla yanaşı pedikulyoz, viruslu hepatit B və C, skarlatina, bruselyoz, su çiçəyi, sifilis, ağciyər vərəmi ilə xəstələnənlərin sayında artım müşahidə olunur.

Bundan başqa, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, ölkədə 32,3 min həkim və 54,6 min orta tibb işçisinin çalışdığı 571 xəstəxana və 1760 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim və 56 orta tibb işçisi düşür.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti