Xəzər Xəbər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs oldu

Cəmiyyət | 14:59 • 16 Yanvar 2018
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs oldu

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən Agentliyin Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və Agentliyin özünə həvalə olunub.


Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.


Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 milyon manat təşkil edir.


Agentliyin Nizamnaməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.


Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb.

Xəbər lenti