Xəzər Xəbər

Çingiz Sadıxovla vida mərasimi keçirilib

Cəmiyyət | 14:13 • 16 Yanvar 2018
Çingiz Sadıxovla vida mərasimi keçirilib

Azərbaycanlı tanınmış pianoçu, xalq artisti Çingiz Sadıxovla "Təzəpir” məscidində vida mərasimi keçirilib.

XəzərXəbər xəbər verir ki, vida mərasimində xalq artistinin ailə üzvləri, Azərbaycanın tanınmış elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Fərhad Bədəlbəyli, Ağaverdi Paşayev və başqaları iştirak ediblər.

Mərhumun cənazəsi dəfn üçün II Fəxri Xiyabana götürülüb.

Xəbər lenti