Xəzər Xəbər

İş axtaran sürücülərin nəzərinə!

Cəmiyyət | 16:44 • 9 Yanvar 2018
İş axtaran sürücülərin nəzərinə!

Bakı Nəqliyyat Agentliyinin (BNA) "Sürücü Təlim Mərkəzi” MMC "D” və "DE” kateqoriyalı sürücüləri üçün işə qəbul üçün müsabiqəsini elan edir.

BNA-dan XəzərXəbər-ə verilən məlumata görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün "Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);

2. Ümumi tibbi arayış;

3. "D” və’ "DE” kateqoriyalı sürücülük vəsiqəsi;

4. Şəxsiyyət vəsiqəsi.

Məlumatda bildirilib ki, hazırda paytaxtın marşrut şəbəkəsində çalışan sürücülərin peşəkarlıq səviyyəsi, davranışı və iş rejimi ilə bağlı vəziyyət qənaətbəxş səviyyədə deyil. "Bakı Nəqliyyat Agentliyinin "Sürücü Təlim Mərkəzi” MMC-nin yaradılmasında da əsas məqsəd, bu sahədə mövcud problemlərin həllinə nail olmaqdır. Çünki sərnişinlərin rahatlığı və təhlükəsizliyi məhz bu qeyd edilən amillərlə birbaşa bağlıdır".

Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-cu kilometr 1 ünvanında yerləşən "Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət edə bilərlər.

Əlaqə nömrəsi: (+994) 50 254 11 38

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar