Xəzər Xəbər

Qeyri-qanuni işdən azad edilən 12 nəfər əvvəkli iş yerlərinə bərpa edilib

Cəmiyyət | 15:30 • 9 Yanvar 2018
Qeyri-qanuni işdən azad edilən 12 nəfər əvvəkli iş yerlərinə bərpa edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində 2017-ci ildə işəgötürənlər tərəfindən 103 334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, həmin vəsaitin 91,6 faizini əmək haqları, 5,5 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Vətəndaş müraciətlərinin araşdırılması zamanı qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunan 12 nəfər vətəndaşın hüquqları bərpa olunaraq, onlar yenidən əvvəkli iş yerlərinə bərpa etdiriliblər. Bu tədbirlər çərçivəsində həmçinin Xidmətin əməkdaşları tərəfindən aidiyyəti işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları, habelə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülməli olan tədbirlər barədə qanunvericiliyin müvafiq maddələri izah olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq İş planına uyğun olaraq ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri ötən il də davam etdirilib. Həmçinin əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə işəgötürənlər arasında məlumatlandırma işləri aparılıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti