Xəzər Xəbər

Hündür qızların nəzərinə “AZAL” işçi axtarır

Cəmiyyət | 15:29 • 9 Yanvar 2018
Hündür qızların nəzərinə

"Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, sənəd qəbulu yanvarın 10-dan fevralın 10-dək saat 10:00-dan 12:00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 santimetrdən az və 180 santimetrdən çox olmayan, Azərbaycan, rus və ingilis dillərində sərbəst danışan, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmələri arzuolunandır.

Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3х4), xarici pasport, diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa), sənədlərin əsli və surətləri tələb olunur.

Bütün sənədlər "Azərbaycan Hava Yolları” QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır və əlavə məlumat üçün də İdarəyə müraciət etmək mümkündür. Məlumat üçün 497-26-00 (daxili 24-04; 32-81; 20-74) telefonları əlaqə saxlamaq mümkündür.

Rubrikanın digər xəbərləri

Xəbər lenti