Xəzər Xəbər

Cəlilabad sakininin həyətindən tapılanlar heyrətləndirdi

Cəmiyyət | 13:03 • 9 Yanvar 2018
Cəlilabad sakininin həyətindən tapılanlar heyrətləndirdi

Cəlilabad rayonu ərazisində orta əsrlərə aid olduğu güman edilən maddi mədəniyyət nümünələri aşkarlanıb.

XəzərXəbər report-a istinadən xəbər verir ki, rayonun Xanəgah kənd sakini İlham Paşayevə məxsus evin həyətdə tapılan nümünələr təsadüf nəticəsində üzə çıxıb.

Belə ki, güclü yağıntılar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub aparıb. Bu zaman qismən görünən insan sümkləri ev sahibnin diqqətini cəlb edib. Həmin yeri qazdıqda isə ərazidə insan sümüklərinin qalıqları, eləcə də məişət əşyaları aşkarlanıb.

Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, arxeoloji nümünələr orta əsrlərlərə qədər qorunmuş Zərdüştlük dini inancının nadir tapıntılarındandır. Burada dəfn olunmuş şəxslər də məhz bu dinin qanunları çərçivəsində dəfn olunub.

Kəllə sümklərinin forma və ölçülərinindən isə dəfn olunanların qadın, kişi və uşaq olmaları məlum olub. Məzarların yanında tapılan məişət əşyaları arasında böyalı qabların olması orta əsrlərdə sözügedən ərazidə sənətkarlığın yüksək inkişaf etməsini deməyə əsas verir.

Tarixçi Rza Razayevin sözlərinə görə, mövcud tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxarda bilər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti