Xəzər Xəbər

Naxçıvanlılar 2018-ci ilə borcsuz başladılar

Cəmiyyət | 10:21 • 9 Yanvar 2018
Naxçıvanlılar 2018-ci ilə borcsuz başladılar

Naxçıvan Muxtar Respublikası üzrə 2017-cı ilin dekabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

XəzərXəbər xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib. Muxtar respublikanın müəssisə və təşkilatları isə ödənişi 114,1 faiz icra edib.



Həmçinin Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin dekabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

Məlumata əsasən, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerjisi ödənişi 100 % nəticə ilə yerinə yetirilib. Muxtar respublikanın müəssisə və təşkilatlarında isə ödəniş 106,5 faiz icra olunub.

Xəbər lenti