Xəzər Xəbər

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ QEYDİYYAT BAŞLADI

Cəmiyyət | 15:08 • 8 Yanvar 2018
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün növbəti sınaq imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 13 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 13 yanvar saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. "Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti