Xəzər Xəbər

Azərbaycanda vərəm xəstələrinin dinamikasında dəyişiklik

Cəmiyyət | 12:27 • 8 Yanvar 2018
Azərbaycanda vərəm xəstələrinin dinamikasında

Ölkədə son illər ərzində vərəm xəstələrinin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur.

Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər, eynilə də ilkin aşkar olunmuş vərəm hallarının sayı 21% azalıb.

Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır: 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub.

Vərəmin gecikmiş və yayılmış formaların sayında da nəzərəçarpan irəliləyiş əldə edilib. 2010-cu illə müqayisədə bu xəstələrin sayı 2 dəfə azalıb (7,6% -dən 3,4 %-ə enib).

Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb. Qeydiyyata düşən xəstələr müalicəyə cəlb olunur və pulsuz qaydada bütün vərəməleyhinə dərmanlarla təmin olunur. Dərmanlara həssas xəstələr 100% hallarda müalicəyə qoşulur və onların müalicə effektivliyi yüksəlir.

Son illər hospitalizasiya üzrə göstəricilərdə də yaxşılaşma müşahidə olunur. Belə ki, 2017- ci ildə stasionarda keçirilən çarpayı günlərinin sayında, 2010-cu il ilə müqayisədə, 26% azalma müşahidə olunub.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
451 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti